Gəncədə icmaların inkişafı ilə bağlı milli konfrans keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi 3 illik layihə çərçivəsində təşkil olunan konfransda İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə, Yevlax və Xaçmazda yerləşən regional ofisləri, icra hakimiyyətləri, icmaların nümayəndələri iştirak ediblər. İcmaların özünüidarəetmə mexanizmlərinin onların ehtiyaclarının qarşılanmasında rolu müzakirə olunub. İcma əsaslı sosial-iqtisadi layihələrlə bağlı təşəbbüslərdən danışılıb.



İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB