Kütləvi informasiya vasitələri məişət zorakılığı fenomeni haqqında məlumatın artırılması, qadın hüquqlarının təşviqi və zorakılıq hallarına son qoymaq məqsədilə ictimaiyyətin səfərbər edilməsində vacib rol oynayır.
Bu məqsədlə ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Azərbaycan Mətbuat Şurası Azərbaycanda məişət zorakılığı sahəsində mövcud olan problemləri işıqlandıran ən yaxşı video reportajlar üçün müsabiqə elan edir. Mətbuat Şurasından SİA-ya verilən xəbərə görə, ATƏT, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının nümayəndələrindən ibarət qiymətləndirmə komissiyası cari ilin mayın 1-dən noyabrın 30-adək məişət zorakılığına dair yayımlanan video reportajları qiymətləndirəcək.
Müsabiqə şərtləri
Müsabiqəyə 2015-cü ilin mayın 1-dən noyabrın 30-dək ənənəvi və elektron televiziya kanallarında yayımlanan video reportajlar təqdim oluna bilər.
Müsabiqə üçün təqdim ediləcək materialın məhz müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.
Video reportajlar 5 (beş) dəqiqədən çox olmamalıdır.
Qiymətləndirmə meyarları
Reportajlar aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
No. Meyarın təsviri Maksimal mümkün bal
1. Problemin hərtərəfli əhatə olunması (qurbanın vəziyyəti, institusional baxım, eləcə də gender, sosial, iqtisadi, səhiyyə və mədəni aspektlər) 10
2. Məqalənin məişət zorakılığı fenomeni haqqında ictimai məlumatlılığın artırılmasına töhfəsi 10
3. Məqalənin "Məişət zorakılığının qarşısının alınması" haqqında qanunun tətbiqinə töhfəsi 10
4. Dilin aydınlığı və dəqiqliyi, üslubun orijinallığı və etika 10
Mükafatlandırma
Qaliblər sertifikat və pul mükafatları ilə təltif ediləcək.
1-ci yer - 1500 AZN
2-ci yer – 1200 AZN
3-cü yer – 1000 AZN
Xüsusi mükafat "Gənc jurnalistin təqdim etdiyi ən uğurlu reportaj" (25 yaşına çatmamış müəlliflər arasında) – 1000 AZN pul mükafatı alacaq.
Yazıların təqdim edilməsi
Hazırlanan müsabiqə materiallarının təqdim edilməsi üçün son tarix: 30 noyabr 2015. Nəticələr 20 dekabr 2015-cü il tarixdə elan ediləcək. Reportajın linkini [email protected] ünvanına göndərə bilərsiniz. Elektron məktubun mövzu hissəsinə "OSCE articles competition" qeyd etməyiniz xahiş olunur.Videonu CD və ya digər daşıyıcılarda təqdim etmək isəyənlər isə öz işlərini aşağıdakı ünvana göndərə bilər:
"Məişət zorakılığı üzrə ən yaxşı video reportaj üçün müsabiqə"
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
Bakı Layihə Əlaqələndiricisi
Landmark 3, 2-ci mərtəbə
Nizami küç., 96
Bakı AZ1010
Azərbaycan
Müsabiqə ilə bağlı suallar üçün Mətbuat və İnformasiya Xidmətinin rəhbəri Rəşad Hüseynova (elektron poçt ünvanı: [email protected]), Milli Layihə Rəhbəri Jalə Əzizovaya ([email protected]) və Azərbaycan Mətbuat Şurasının əməkdaşı Əvəz Rüstəmova ([email protected]) müraciət edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB