“Bakı-2015”-ə gələn qonaqlar milli mətbəximizdən xəbərdar olacaq

“Bakı-2015”-ə gələn qonaqlar milli mətbəximizdən xəbərdar olacaq

Azərbaycanda baş tutacaq "Bakı-2015" ilk Avropa Oyunları zamanı Azərbaycana gələn xarici turistlərin üz tutacağı əsas yerlər otellər olacaq. Belə ki, turistlər Bakının görməli yerlərindən biri olan "Fairmont Baku" otelinə üz tutacaqlar. Sözügedən otelin əməkdaşı Ərşad Məmmədov SİA-ya açıqlaması zamanı turistlərin oteldə milli mətbəximizlə tanış olmaq imkanlarını olduğunu söyləyib: " "Bakı 2015" Avropa Oyunları ölkəmiz üçün çox önəmlidir. Ona görə də "Fairmont Baku" oteli olaraq ciddi hazırlaşırıq. Əcnəbi və yerli qonaqlarımızın rahatlığı üçün otelimizdə ciddi iş prosesi gedir. Otelimizdə hələ də qonaqların qalması üçün boş otaqlarımız mövcuddur. Onu da deyim ki, otelimizdə iki restoran var. Həmin restoranlarda italyan və amerikan yeməkləri hazırlanır. Ancaq həftənin bir günü Azərbaycan mətbəxinə ayrılacaq ki, turistlərimiz milli mətbəximiz haqqında da məlumatlı olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə