İTV-nin Yayım Şurasının yeni üzvlərininin namizədlikləri irəli sürülüb

İTV-nin Yayım Şurasının yeni üzvlərininin namizədlikləri irəli sürülüb

Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərla bağlı məsələyə baxılıb.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova deyib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə Sahibkarlar şurası tərəfindən Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, NEURON TECNOLOGİES MMC-nin baş direktoru İsmayıl Ələkbərov, gənclər təşkilatları tərəfindən "İrəli" ictimai birliyinin sədri Mirhəsən Seyidov, "Sağlam gəncliyə doğru" ictimai birliyinin sədri Turqay Həsənquliyev, qadınlar cəmiyyətləri tərəfindən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, "Qadın Liderliyi Uğrunda" ictimai birliyinin sədri Ülkər Abdullayeva irəli sürülüb.

Komitə sədri Nizami Cəfərov deyib ki, , İTV özünü təsdiqləşmiş televiziyadır və onun kifayət qədər zəngin olan efir məkanı var.

Onun sözlərinə görə, namizədlikləri irəli sürülən şəxslər barədə məsələyə qanunvericiliyə uyğun şəkildə araşdırılıb və onların bu vəzifəyə təyin olunmaları üçün heç bir maneə yoxdur.

Daha sonra Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev deyib ki, qanunvericiliyə əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri 6 il müddətinə seçilir: "Şuranın üzvlüyündə yer alan Fuad Muradov, Zərifə Salahova və Namiq Məmmədovun səlahiyyət müddətləri bitib. Namizədliyi irəli sürülən 3 nəfər həmin şəxslərin əvəzinə bu vəzifəyə təyin olunacaqlar".

Məsələ müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə