Sabah da yağış yağacaq PROQNOZ

Sabah da yağış yağacaq PROQNOZ

Mayın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal–qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə 10-13, gündüz 17-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların lokal leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 17-22, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanda qeyri-sabit hava şəraiti mayın 15-i gündüzə kimi müşahidə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə