Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən 2016-2020-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramının hazırlanması nəzərdə tutulub. Bununla əlaqədar olaraq, Gənclər və İdman Nazirliyi gənclər və gənclərin qeyri-hökümət təşkilatları tərəfindən Dövlət Proqramı ilə bağlı təklliflərini qəbul etmək məqsədi ilə [email protected] elektron ünvanını yaradıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, artıq bir müddətdir ki, müxtəlif gənclər təşkilatlarında (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, Gənclər Təşkilatlarının Milli Şurasında) Dövlət Proqramının hazırlanması ilə bağlı təkliflər qəbul olunur, debatlar aparılır.
Bütün gəncləri bu debatlara qoşulmağa və 2016-2020-ci illəri əhatə edəcək "Azərbaycan gəncliyi" Dövlət Proqramının hazırlanmasında yaxından iştirak etməyə dəvət edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB