Azərbaycanın bütün bölgələri kimi, Bərdənin də iqtisadiyyatı sürətlə inkişaf edir. Bərdə rayon Gənclər və idman idarəsinin rəisi Anar Şahbazovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, rayonda Bakı 2015 I Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində abadlıq-quruculuq işləri həyata keçirilir və iməciliklər təşkil edilir: "Rayonda silsilə tədbirlər, o cümlədən abadlıq-quruculuq işləri aparılır, müxtəlif yerlərdə ağaclar və gül kolları əkilir. Küçə və parklar Bakı 2015 Avropa Oyunlarını əks etdirən banner və müxtəlif bayraqlarla bəzədilib. Hazırda rayonda I Avropa Oyunlarına ciddi hazırlıq görülür, Alov festivalının keçirilməsi istiqamətində işlər isə baş çatmaq üzrədir".
Qeyd edək ki, Bərdədə qarşıdan gələn ilk Avropa oyunlarına hazırlıq məqsədilə təşkilat komitəsi yaradılıb. Məşəlin qarşılanması Ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə planlaşdırılır. Daha sonra məşəlçilər Heydər Əliyev prospektini keçməklə şəhərin baş meydanından qədəm qoyacaqlar. Burada möhtəşəm "Alov festivalı"nın keçirilməsi planlaşdırılır.
.jpg)
.jpg)
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB