Ailə münaqişələrində köhnə stereotiplərin rolu ANALİZ

Valideyn uşağa şəxsiyyət kimi baxmalıdır
Ailə münaqişələrində köhnə stereotiplərin rolu ANALİZ

Son illər artmış boşanmaların əsas səbəblərindən biri də məşiət zorakılığı, qadınlara qarşı şiddətin artmasıdır. Ekspertlərin fikrincə daha çox təhsilsiz, işləməyən qadınlar məşiət zorakılığına məruz qalırlar. İşləyən qadınlar cəmiyyət arasına çıxır, hüquqlarını bilir, qismən də iqtisadi azadlıq əldə edirlər. Qadını zorakılığa məruz qoyan kişilərin adətən arqumenti "Mən bütün günü işləyir, ailəni saxlayıram" olur. Qadını işləməyə qoymayan kişilərin çox hisisəsi bunu qısqanclıqdan, bir hissəsi qadının iqtisadi cəhətdən azad olmasından çəkindiyi üçün edir.

Qadına qarşı münasibəti köhnə streotiplər də müəyyənləşdirir. Cəmiyyətdə daşlaşmış fikir var ki, qadının əsas vəzifəsi uşaq doğmaq, uşaq saxlamaq, ailəsinə baxmaq, ərə qulluq və mətbəxdir. Doğrudur, bu işlər əsasən qadınların görəcəyi işlərdir. Ancaq mədəni ailə başçısı bu işlərdə həyat yoldaşına kömək etməli, qadına qul və ya robot kimi baxmamalıdır. Ali təhsilli qadın təkcə ailəsinə deyil, cəmiyyətə lazım ola bilər. O, savadlı həkim, müəllim, mühəndis, iqtisadçı kimi cəmiyyətə xidmət edə bilər.

Bəzi kişilər məşhur filmdə deyildiyi kimi "Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır" prinsipinə əməl edir, qadına münasibətdə mühafizəkar və köhnəfikirli valideynlərinin tərəfini tutur, bu da qadına qarşı psixoloji təzyiqə səbəb olur. Bəzən qadına qarşı şiddəti dinlə, şəriətlə əlaqələndirirlər. Ancaq Müqəddəs dinimiz islam qadına qarşı təzyiqi pisləyir. Peyğmbərimiz Məhəmməd əleyhissalamın kəlamlarında anaya, qadına qarşı hörmət qırmızı xəttlə keçir. İslam şəriəti qadına hörmət etməyi, onu qorumağı buyurur. Bir gün Həzrəti Əli xanımına ev işlərində kömək edirmiş. Bunu görən peyğəmbər əleyhissəlam Əliyə müraciətlə "Sən bilirsənmi necə savab və gözəl iş görürsən" deyir. Qadınlara qarşı dözümsüzlük, şiddət dinin buyuruğu ola bilməz. Bu, ibtidai cəmiyyətlərdən qalma inanc və sterotiplərlə bağlı olan məsələdir. Qadınlara qarşı zorakılğın əsas mənbəyi cəhalət, mövhumat "qadın şər qüvvədir", "qadın xəyanətə meyllidr" kimi çürük, əsassız fikirlərdir.

Qadına qarşı psixoloji təzyiq ailədə böyüyən uşaqların psixikasında da dərin izlər buraxır. Anasına qarşı zorakılıq görən yeniyetmə təcdir olunur, bəzən məktəbə getmək istəmir, heç kimə qoşulmur, onda mənfi yüklü komplekslər yaranır. Bunun qarşısını almaq üçün uşağa şəxsiyyət kimi yanaşmaq, onun şəxsiyyət kimi yetişdirmək lazımdır. Uşağın şəxsiyyət kimi formalaşmasında qadınların böyük rolu var. Uşaqların psixologiyası təkcə ata anaya təzyiq edir, döyür, söyür deyə korlanmır. Bəzən analar da uşaqların tərbiyəsində düzgün mövqe tutmurlar. "Uşaq hökmən mən istədiyim kimi olmalı, hərəkət etməlidir" yanaşması doğru deyil. Uşağa seçim azadlığı vermək lazımdır. Uşaqların istəklərinin boğulması, onlara dərsdə aşağı qiymət alması və ya davranışına görə fiziki təzyiqin göstərilməsi də məşiət zorakılığına aiddir. Valideyn uşaqlara faydalı işləri, xeyirli və düzgün davranışları göstərməli, seçimi uşağın özünə buraxmalıdır. Ailədə, məktəbdə doğurçulluq, dürüstlük görən uşaq istər-istəməz yaxşı əməllərə meylli olacaq.

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsi çərçivəsində çap edilir

Bütün xəbərlər Facebook səhifəmizdə