“Hilton Baku” oteli Avropa Oyunlarına belə hazırlaşır

“Hilton Baku” oteli Avropa Oyunlarına belə hazırlaşır

Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunları zamanı Azərbaycana gələn xarici turistlərin üz tutacağı əsas yerlər otellər olacaq. Belə ki, turistlər Bakının ən səviyyəli yerlərindən biri olan "Hilton Baku" otelinə gələcəklər. Sözügedən otelin əməkdaşları turistlərimizi yüksək səviyyədə qarşılamaq üçün məsuliyyətlə çalışırlar. Bunu SİA-ya açıqlamasında otelin reklam meneceri bildirib: " "Hilton Baku" oteli "Bakı-2015" ilk Avropa Oyunlarını üçün şəhərimizə gələn turistlərimizi qarşılamağa hazırdır. Turistlər otelimizdə özlərini rahat hiss edəcəklər. Artıq boş yerlərimiz yoxdur. Qeyd edim ki, xarici dilləri bilən əməkdaşlarımız var. Onu da deyim ki, qonaqlar restoranımızda yerli və Avropa mətbəxlərindən olan təamların və içkilərin dadına baxa biləcəklər. "Hilton Baku" oteli olaraq turistlərimizi razı salmaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizdən razı qalacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə