Soğan yığımı başladı FOTOLAR

Soğan yığımı başladı FOTOLAR

Müasir becərmə texnologiyalarının tətbiqi soğan istehsalında yüksək məhsuldarlığa səbəb olub. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, Bərdə rayonunda soğan istehsalına maraq artıb. Bərdəli torpaq mülkiyyətçiləri, fermerlər müasir becərmə texnologiyalarından, damcı suvarma üsulundan, keyfiyyətli toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olurlar. Uzun illərdir soğan əkini ilə məşğul olan rayon sakini Rafiq Qarazadənin sözlərinə görə, soğan soyuğadavamlı və işıqsevən bitkidir: "Yazlıq soğan fevral-mart aylarında, payızlıq soğan isə sentyabr aylarında səpilir. Soğan istehsalında yüksək nəticəyə nail olmaq üçün, ilk növbədə, məhsuldar toxumlardan istifadə edilməli və aqrotexniki qaydalara düzgün əməl olunmalıdır. Əkin sahələrinə mineral gübrələrin verilməsi bitkilərin normal böyüməsinə və inkişafına şərait yaradır".

Fermer soğanın becərilməsində ən mühüm işlərdən biri də suvarmadır. Son iki ildə sahələrin suvarılmasında damcı üsulundan istifadə edilir. Əgər ənənəvi yolla suvarma zamanı məhsuldarlıq hər hektardan 30-40 ton olurdusa, damcı üsulu ilə suvarma zamanı hektardan 55-65 ton soğan götürmək mümkündür.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə