Azərbaycan və Türkiyə hərbi təlimlər keçirir

Azərbaycan və Türkiyə hərbi təlimlər keçirir

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcək. Təlimlər mayın 16-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə