Bu gün "İnkişafa Doğru" İctimai Birliyi, Xədicə Əsvər, Seymur Kərimov və "Ceyn Production"un təşkilatçılığı ilə xeyriyə kampaniyası keçirilib. SİA-nın məlumatına görə, kampaniya "Gələcəyimizi qoruyaq" şüarı altında reallaşdırılıb.
Dəri zöhrəvi və qaraciyər xəstəsi olan Yusif adlı körpənin sağlamlığına maddi dəstək məqsədilə keçirilən tədbiri aparıcı Arzu Həmzəyeva və Elvin Mərdanov açıb. Aparıcılar körpənin maddi dəstəyə ehtiyacı olduğunu, veriləcək dəstək nəticəsində həyata bağlana biləcəyini qeyd ediblər.
Tədbirdə bir sıra tanınmış müğənnilər iştirak edib. Onlar Yusifin müalicəsi üçün çağırış edərək maddi dəstək göstəriblər. Bundan başqa adının çəkilməsini istəməyən şəxslər də Yusifin hesab nömrəsinə maddi dəstək göstərdiyini ifadə ediblər. Yusifin müalicəsini öz üzərinə götürən həkim də müəyyən miqdarda maddi dəstək göstərəciyini bildirib.
Tədbirin sonunda təşkilatçılar hər kəsə öz təşəkkürünü bildirib. Xeyriyyə kampaniyası musiqi ifaları ilə sona çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB