Qeyri-sabit hava davam edəcək

Azərbaycanda daha bir neçə gün qeyri-sabit hava müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, mayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə