Paytaxt sakinlərinə şad xəbər

Paytaxt sakinlərinə şad xəbər

"Təxminən bir aydan sonra – iyunun 5-dən Bakı-Sumqayıt dəmir yolunda elektrik qatarları işə salınacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Qurum rəsmisi həmin vaxtadək dəmir yollarında əsaslı təmir işlərinin başa çatacağını söyləyib: "Nəticədə Bakıdan Sumqayıta və əks istiqamətdə 40 dəqiqəyə gediş və gəliş təmin ediləcək. İstifadəyə buraxılacaq qatarlarda yeni vaqonlardan istifadə olunacaq ki, bu da hər gün minlərlə sərnişinin mənzil başına daha rahat çatmağa kömək edəcək. I Avropa Oyunları ərəfəsində Bakı qəsəbələrinə də elektrik qatarlarının gedişi bərpa ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə