Ümummilli liderin xatirəsi Qarsda amıldı FOTOLAR

Ümummilli liderin xatirəsi Qarsda amıldı FOTOLAR

Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş konsulluğu tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə anma mərasimi təşkil olunub. Qarsdakı Heydər Əliyev parkında başlanan mərasimdə bu bölgədə yaşayan və təhsil alan azərbaycanlılar, şəhər ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin parkdakı heykəli önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Baş konsulluqda davam etdirilən mərasimdə baş konsul Ayxan Süleymanlının, Türkiyənin Qarfqaz Universitetinin professorları Hacıəli Nəcəfoğlu və Xurşud İsayevin çıxışları dinlənilib. Ümummilli Liderimizin xilaskarlıq missiyası, Azərbaycan xalqı qarşısında tarixi xidmətləri, Azərbaycan-Türkiyə münasibətlərinin strateji inkişafını əhatə edən fəaliyyəti ətraflı məlumat verilib. Qeyd olunub ki, Mustafa Kamal Atatürk Osmanlı dövlətinin xarabalıqları üzərində Türkiyə Cümhuriyyətinin qurulmasına nail olduğu kimi, Heydər Əliyev də 1993-cü ildə parçalanmaq və məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan Azərbaycanı xilas edərək xalqımıza nicat bəxş edib. Odur ki, qədirbilən xalqımız Ulu Öndərimizin əziz xatirəsini hər zaman uca tutacaq.

Sonda baş konsul Ayxan Süleymanlı KİV nümayəndələrinə ulu öndər Heydər Əliyevin zəngin və mənali fəaliyyəti ilə bağlı mühasibə verib.

Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə