Biləsuvarda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə gül bayramı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Ümummilli lider Heydər Əliyevə, Prezident İlham Əliyevə həsr olunan müxtəlif tematikalı kitablardan ibarət sərgi maraqla qarşılanıb. Mövzu ilə bağlı rəsm əsərləri, texniki yaradıcılıq mərkəzi üzvlərinin əl işləri tədbirə əlavə rəng qatıb.
Heydər Əliyev parkında təşkil olunan gül bayramında təbii gül və çiçəklərdən hazırlanmış milli dövlət atributları, bir–birindən maraqlı kompozisiyalar orijinallığı ilə seçilib. Rayon rəhbərliyi və bayrama qatılan sakinlər ümummilli lider Heydər Əliyevin təbii güldən hazırlanan portretlərinə, məktəblilərin və körpə fidanların bəzədikləri stendlərə maraqla tamaşa ediblər.
Gül bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin dövlətçiliyimiz tarixində əvəzsiz xidmətlərindən danışıb.
Tədbir məktəblilərin Ulu Öndərə həsr etdiklər şerlər, ədəbi–bədii kompozisiyalar və konsert proqramı ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB