Sabah bu yollar bağlı olacaq SİYAHI

Sabah bu yollar bağlı olacaq SİYAHI

Heydər Əliyevin xatirəsinə həsr olunmuş "TOUR d’ AZERBAİDJAN" beynəlxalq velosiped turunun 5-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 10-da bağlanacaq yolların siyahısı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, Mayın 10-da Azərbaycan paytaxtında Neftçilər, Zərifə Əliyeva, Parlament, Bülbül, İnşaatçılar prospektlərində, habelə Rəşid Behbudov, Əziz Əliyev, İstiqlaliyyət, Niyazi, Sona xanım Vəlixan, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Hüseyn Cavid, Abbasqulu ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Üzeyir Hacıbəyov və Rixard Zorge küçələrində nəqliyyat vasitələrinin hərəkəti saat 10:30-dan 14:30-dək fasilələrlə məhdudlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə