Azərbaycanın Təbrizdəki Baş konsulluğunda tədbir FOTOLAR

Azərbaycanın Təbrizdəki Baş konsulluğunda tədbir FOTOLAR

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib. SİA-nın verdiyi məlumata görə, Təbrizdəki baş konsulumuz Əli Əlizadə rəsmi qəbulda çıxış edərək Heydər Əliyev şəxsiyyəti, həyat və fəaliyyəti, onun Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə olunması, dövlət müstəqilliyinin qorunub saxlanması sahəsində göstərdiyi misilsiz xidmətləri haqqında danışmış, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət nəticəsində Azərbaycanın hal-hazırda da uğurla irəliliyə doğru addımladığını diqqətə çatdırıb.

Baş konsul, Azərbaycan-İran əlaqələrinin də əsasının məhz ulu öndər H.Əliyev tərəfindən qoyulduğunu bildirərək, bu əlaqələrin haliyyədə də qarşılıqlı dostluq və əməkdaşlıq meyarları üzərində davam etdiyini vurğulayıb. Çıxışdan sonra rəsmi qəbulun iştirakçıları ulu öndərə Heydər Əliyevə aid fotosərgiyə, "Dahi şəxsiyyət" adlı filmə baxış, ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycan həqiqətlərinə, Azərbaycanın turizm və mədəniyyətinə dair sərgilənən kitablarla tanış olublar. Heydər Əliyevin həyat və fəaliyyətinə dair fars dilinə tərcümə edilmiş müxtəlif məzmunlu əyani materiallar, eləcə də Azərbaycana, Azərbaycan həqiqətlərinə dair bir sıra kitab və jurnallar da tədbir iştirakçılarına paylanıb.

Rəsmi qəbulda Azərbaycanın xalq mahnıları səsləndirilib, iştirakçılar zəngin mətbəximizin yeməkləri və şirniyyatlarına qonaq ediliblər. Rəsmi qəbulda İran İslam Respublikasının Təbriz şəhərinin İcra Hakimiyyətinin başçısı R.Şöhrətifər, Şərqi Azərbaycan Valiliyinin və Təbriz şəhər İcra Hakimiyyətinin müəyyən rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun kollektivi, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə