Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi anılıb.
İnstitutdan bildiriblər ki, Heydər Əliyev muzey-lektoriyasında keçirilən tədbirdə müharibə veteranları, müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edən BPKİYİ-nin rektoru, professor Asəf Zamanov 1941-1945-ci illər müharibəsinin tarixin dəhşətli qanlı hadisəsi olduğunu xatırladıb. Vurğulanıb ki, müharibədə Azərbaycanın qəhrəman övladları da həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq və igidlik nümunələri göstəriblər. Böyük qəhrəmanlıqlar göstərmiş azərbaycanlı döyüşçülər Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüblər. Sovet İttifaqı Qəhrəmanları general Həzi Aslanov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, Akim Abbasov və bir çoxları öz fədakarlıqları ilə tarixdə silinməz izlər qoyublar.
Professor A.Zamanov Qələbənin qazanılmasında azərbaycanlı döyüşçülərin və Bakı neftinin rolunu xüsusi vurğulayıb.
Rektor Azərbaycan Prezidenti İlham Əliyevin müharibə veteranlarına göstərdiyi böyük diqqət və qayğıdan danışıb.
Dosent Aydın Aslanov "1941-1945-ci illər müharibəsi tarixi tədqiqatlarda" mövzusunda məruzə ilə çıxış edib.
Müharibə veteranları Əmiralı Əmiralıyev və İsrafil Həsənov müharibənin ağrı-acılarından, keçdikləri şərəfli döyüş yolundan bəhs ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB