Mayın 8-də Sumqayıt Dövlət Universitetində (SDU) Şuşanın işğal olunmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. SDU-nun mətbuat xidmətindən verilən məlumata görə, vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Universitetin rektoru Elxan Hüseynov qeyd etdi ki, əsrlərdən bəri böyük Ermənistan xülyası ilə yaşayan ermənilər Azərbaycan torpaqlarına sahib olmaq, öz məkrli niyyətini həyata keçirmək üçün tarixdə görünməmiş cinayət və vəhşiliklərə, kütləvi qırğınlara, vandalizmə əl atıblar. Bu vəhşiliyin qurbanlarından biri də tarix boyu alınmaz qala olan Şuşadır.
Rektor xatırlatdı ki, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalıb. İşğalçılar Şuşadakı bir çox tarixi abidələrimizi məhv edib və ya erməniləşdiriblər.
Tədbirdə belə bir əminlik ifadə olundu ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə imkan verəcək, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. O gün uzaqda deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB