"ADA" Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş "Heydər Əliyevin ən çox sevdiyim şəkli" mövzusunda plakat yarışması qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Universitetdən bildiriblər ki, 132-134 nömrəli Təhsil Kompleksi ilə birgə təşkil olunan yarışmada bu ali məktəbin tələbələri və kompleksin şagirdləri verilən mövzu üzrə birgə çalışaraq 13 plakat hazırlayıblar. Münsiflər heyəti onların arasından üç komanda seçərək qalibləri mükafatlandırıblar.
Mərasimdə universitetin təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdal, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova, "ADA" Universitetinin tədris işləri üzrə prorektoru Rameşvar Kanvar və başqaları yarışma iştirakçılarına yaradıcı və səmimi yanaşmalarına görə minnətdarlıqlarını bildiriblər.
Natiqlər bu cür tədbirlərin ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri və onun irsinin gənc nəsillərə aşılanmasına töhfə kimi dəyərləndiriblər.
Xatırladaq ki, bu ilin fevralında əldə edilən razılaşmaya əsasən 132-134 nömrəli Təhsil Kompleksi "ADA" Universitetində təhsilin idarə edilməsi fakültəsi üçün müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanması, yüksək ixtisaslı müəllim kadrların yetişdirilməsi məqsədi ilə baza məktəbi kimi istifadə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB