Ağcabədidə tir atıcılığı üzrə yarış keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Ağcabədi rayonunda silsilə tədbirlər keçirilir. Rayon Gənclər Mərkəzinin atıcılıq zalında YAP Ağcabədi rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin komandaları arasında tir atıcılığı üzrə yarış keçirilib. Yarışda rayonun ümumtəhsil məktəblərindən 100-dən artıq məktəbli oğlan və qız iştirak ediblər. Gərgin mübarizə və rəqabət şəraitində keçən yarışda Ağcabədi şəhər 2-saylı tam orta məktəbin komandası I yeri, şəhər 7 saylı tam orta məktəbin komandası II yeri, Təzəkənd kənd orta məktəbinin və Ağcabədi şəhər 3 saylı məktəb-liseyin komandası isə III yeri tutublar.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB