Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. "Azəryolservis" ASC-dən SİA-ya verilən xəbərə görə, tədbiri giriş nitqi ilə açan "Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədov Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri barədə söhbət açıb, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü misilsiz işlərdən bəhs edib, dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Saleh Məmmədov müstəqilliyimizin qorunub saxlanılmasının məhz ulu öndərin, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib:
"Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur. 1993-2003-cü illər ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi uğurla aparılmış və gözəl nəticələrə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilib. Qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilib. Dövlətimizin ideoloji əsasları qoyulub. Köklü siyasi islahatlar aparılmışdır. İqtisadi sahədə böyük islahatlar aparılmağa başlayıb. Bazar iqtisadiyyatı əsas prinsip kimi rəhbər götürülmüşdür. Azərbaycan informasiya blokadasını yara və özünü dünyaya təqdim edə bilib. Beynəlxalq təşkilatların üzvü olduq. Sabitlik yarandı. Bütün, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi. Azərbaycan hakimiyyətini 1992-ci ildə qanunsuz, saxta yolla zəbt edən antimilli qüvvələr hərəsi bir tərəfə çəkildi. Onlar o vaxtdan artıq siyasi səhnədən tamamilə silinmişdir və bu gün tarixin arxivindədirlər. İnkişaf üçün imkanlar yarandı. O inkişaf ki, bu gün müstəqil Azərbaycanı dünya miqyasında inkişaf edən ölkə kimi təqdim edir.
O illərdə Azərbaycana sərmayə gətirmək, investorları sərmayə qoymaq üçün həvəsləndirmək, onları inandırmaq həddindən artıq ağır və çətin məsələ idi. Çünki Azərbaycan çox yüksək riskli bir ölkə idi. Vətəndaş müharibəsi təzəcə qurtarıb. Atəşkəs rejimi 1994-cü ilin mayında elan edilmişdi. O vaxtdan bir neçə ay keçəndən sonra "Əsrin müqaviləsi" bağlandı. "Əsrin müqaviləsi"nin Azərbaycanın müstəqillik tarixində rolu haqqında mən də, başqaları da dəfələrlə öz fikirlərimizi bildirmişik. Bu gün Azərbaycan reallıqları bunu bir daha sübut edir - o vaxt yeganə düzgün addım atılmışdır ki, xarici investisiyaları cəlb edək və Azərbaycanı bu ağır iqtisadi vəziyyətdən çıxara bilək. "Əsrin müqaviləsi"nin imzalanmasından sonra çox gərgin iş başlayıb."
Nəqliyyat Nazirliyi "Azəryolservis"ASC-nin sədr əvəzi Saleh Məmmədov çıxışında Ulu Öndərin diqqət və qayğısı sayəsində bir çox sahələrlə yanaşı, yol infrastrukturunun da böyük inkişaf yolu keçdiyini qeyd edib:
"Təkcə İpək yolunun bərpası layihəsini xatırlatmaq kifayətdir. Bu beynəlxalq əhəmiyyətli layihənin reallaşması məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə 1998-ci il sentyabrın 8-9-da tarixi İpək yolunun bərpasına dair Bakıda keçirilən konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələri iştirak etmiş, Avropa-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi haqqında Bakı deklarasiyası qəbul olunmuşdur.Bir sözlə yol infrastrukturunda qazanılmış uğurlar, nailiyyətlər birbaşa Ulu Öndər Heydər Əliyevin yol strategiyasının, onun bizim üçün qurub yaratdığı işlərin bəhrəsidir. Ümummilli liderimiz nahaqdan deməyib ki, "Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir." Harda yol infrastrukturu var, orda mədəniyyət, iqtisadiyyat da var."
Bir sözlə, həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuş Heydər Əliyev Azərbaycan xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Ulu öndərin şah əsəri olan müasir Azərbaycan onun layiqli davamçısı - dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edir, strateji hədəflərə uğurla çatır.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB