Tərtərdə səyyar görüş keçirilib FOTO

Tərtərdə səyyar görüş keçirilib FOTO

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Tərtər rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbul-görüşü rayonunun Rəcəbli kəndində keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak ediblər

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd sakinlərini salamlayıb, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini bildirib. İcra başçısı daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona göstərdiyi xüsusi diqqət və qayğısından, respublikada qazanılan uğurlardan, eləcə də Tərtər rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən proqramların əhəmiyyəti, rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. İcra başçısı həmçinin əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb.

Sonra kənd sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət ediblər.

Kənd sakinlərindən İsrail Mahmudov, Mirzə Məmmədov, Kamran Hümbətov, Zöhrab Şirinov, Əli Aslanov, Rafiq Ağayev, Elnur Bağırov və digərləri kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə, tibb məntəqəsinin əsaslı təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər. Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə