Ağdam rayonunun Təzəkənd qəsəbəsində müasir avadanlıqla və qabaqcıl texnologiya ilə təmin olunmuş yeni poçt binası istifadəyə verilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov və digərləri son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, rabitə sistemində də uğurlu nəticələrin qazanıldığını diqqətə çatdırıblar.
Qeyd olunub ki, hazırda rayonda 11 poçt şöbəsi fəaliyyət göstərir. Yeni elektron avadanlıqlarla təchiz olunmuş filiallar xüsusi poçt xidmətlərini uğurla həyata keçirirlər. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonra tədbir iştirakçıları binanın açılışını edib yaradılan şəraitlə tanış olublar.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB