"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası tərəfindən "Anti-Azərbaycan kampaniyasının təşkilatçıları göründükləri və olduqları kimi" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə millət vəkilləri, Qeyri-Hökumət Təşkilatlarının sədrləri və media kapitanları iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan "Beyəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi" İctimai Birliyinin sədri, "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov qeyd edib ki, artıq bu möhtəşəm idman hadisəsinin keçirilməsinə sayılı günlər qalır. Lakin bir sıra anti-Azərbaycan meyilli qüvvələr hələ də çirkin kampaniyalarını davam etdirməklə Avropa qitəsində ilk dəfə keçiriləcək möhtəşəm tədbirin işinə kölgə salmağa cəhd göstərirlər: "Amma bütün bunlara rəğmən onların cəhdləri alınmır, çünki ölkəmizin ictimai rəyi inkişaf və tərəqqi reallığının tərəfindədir. Bu baxımdan atılan qərəzli addımlar hər zamankı kimi, bu dəfə də nəticəsiz qalacaq".
Daha sonar çıxış ətrafında məruzələr dinlənilib.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Qərb ölkələrində aparılan anti-Azərbaycan kampaniyasının səbəbləri və mahiyyəti" mövzusunda məruzə edərək bildirib ki, əslində Qərb ölkələrinin özündə anti-demokratik mühit mövcuddur: "Məhz bu baxımdan dünyaya demokratiya ixrac etdiklərini car çəkən bir sıra Qərb ölkələrinin siyasi dairələri ifşa olunduqları zaman öz günahlarını yeni müstəqillik qazanmış ölkələrin üzərinə atmağa çalışırlar. Azərbaycan isə gənc müstəqil olmasına rəğmən, öz inkişafı ilə yaxın zamanlarda Qərb ölkələrini də geridə qoymaq iqtidarındadır. Demokratiya və inkişafımızı qəbul etməyənlər nəticədə siyasi maraqlarını təmin etmək üçün ölkəmizi müəyyən ittihamlarla qaralamağa çalışırlar. Azərbaycan dövləti isə öz dönməzliyi və qətiyyəti ilə həm də inkişaf perspektivləri ilə həmin qüvvələrin arzularını ürəklərində qoyur. Baş tutacaq Birinci Avropa Oyunlarının möhtəşəmliyi bir daha bu faktorları təsdiq edəcək".
Sonra Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun "Sərbəst toplaşma, birləşmə, söz və ifadə azadlığı beynəlxalq təcrübədə: prinsiplər və reallıqlar" eləcə də "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuzun "İşğalçı dövlətlərə və seperatçı rejimlərə münasibətdə ikili standartlar geostraji maraqların təzahürü kimi" məruzələri dinlənilib.
Dəyirmi masa mövzu ətrafında maraqlı müzakirələrlə davam etdirilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB