Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyinin təşəbbüsü ilə Samux rayonunda Şuşanın işğal olunmasının 23-cü ildönümunə həsr olunmuş vətənpərvərlik mövzusunda "Mənəvi incimiz – ŞUŞA" adlı anım tədbiri keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, Samux şəhər 3 saylı orta məktəbində təşkil olunan tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin və rayon Təhsil Şöbəsinin nümayəndələri də iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildiyini, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq insan isə doğma yurd-yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdüyünü məktəblilərin diqqətinə çatdırıblar. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyinin isə sual altında olduğu qeyd edilib.
Daha sonra məktəblilərin hazırladığı Şuşaya həsr olunmuş kompozisya və Şuşanın maddi-mədəniyyət nümunələri, "Xarı-bülbül", "Cıdır düzü", "İsa bulağı", "Şuşa qalası" və s. mənəvi inciləri haqqında məktəblilərin maraqlı məlumatları dinlənilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB