Ulu öndər Bərdədə anılıb

Bərdədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü münasibətilə konfrans keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə İdarəetmə və Texnologiya kollecində keçirilən tədbirdə təhsil işçiləri, kollecin müəllim heyəti və tələbələr iştirak ediblər. Konfransda dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından söz açıblar. Uzaq görən siyasətçinin keçdiyi şərəfli ömür yolundan bəhs edərək, Ulu Öndərin Azərbaycan dövlətçiliyi tarixində müstəsna yeri olduğunu, Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin təşəkkülünün, milli-mənəvi dəyərlərə qayıdışın, elmin, təhsilin, mədəniyyətin inkişafının birbaşa Ümummilli liderin adı ilə bağlı olduğunu bildiriblər.

Tədbirdə həmçinin bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə daim ölkəsinin inkişafını düşünüb, bu istiqamətdə real addımlar atıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra respublikada baş qaldıran özbaşınalığın, anarxiyanın qarşısı da məhz Ulu Öndərin qətiyyəti sayəsində alınıb.

Qeyd edək ki, konfrans kollec tələbələrinin hazırladıqları ədəbi bədii hissə və konsert proqramı ilə davam edib .

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə