Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin təşəbbüsü ilə bu gün M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseydə və Ağabəyli kənd tam orta məktəbində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, tədbirdə əvvəlcə Şuşa şəhərinin işğalı və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra ümummilli lider Heydər Əliyevin Şuşaya olan sevgisindən danışan məktəb-liseyin direktoru Tofiq Zeynalov bildirmişdir ki, Ulu Öndər 1969-cu ildə Azərbaycanda rəhbərliyə başlayandan sonra şəhərdə quruculuq işləri geniş vüsət alıb, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb, bir çox tarixi şəxsiyyətlərin heykəlləri, büstləri qoyulmuş, mehmanxana, çoxmərtəbəli yaşayış binaları, inzibati binalar tikilib.
Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqzı isə 23 il bundan əvvəl ölkəmizdəki ictimai-siyasi vəziyyət, Vətən uğrunda şəhid olan oğul və qızlarımızın mübarizəsi, Şuşanın Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyəti barədə danışıb.
Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonra Şuşa şəhərinin tarixinə həsr olunmuş film göstərilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB