Ankarada xatirə tədbiri

Ümummilli Liderimiz Heydər Əliyevin doğumunun 92-ci ildönümü münasibətilə Səfirliyin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində mayın 7-də Ankarada yerləşən möhtəşəm Heydər Əliyev Parkında böyük bir xatirə tədbiri həyata keçirilib. SİA-nın səfirlikdən aldığı məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, Heydər Əliyev Məktəbinin şagird və müəllim kollektivi, çox sayda ictimai xadim, Ankara ictimaiyyətinin nümayəndələri, Ankarada təhsil alan tələbə və müdavimlərimiz, diaspor nümayəndələrimiz və KİV nümayəndələri iştirak ediblər.

İlk olaraq, Səfir Faiq Bağırov başda olmaqla tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin heykəli önünə çiçəklər qoyub və onun mənəvi hüzuru önündə baş əyiblər.

Daha sonra tədbir, Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından iki qardaş ölkə himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardından Səfir Faiq Bağırov, Heydər Əliyev Məktəbinin müdiri Necattin Şengezer, tələbə və müdavimlərimizin təmsilçiləri, həmyerlimiz Səid Rüstəm Ulu Öndərimizlə bağlı xoş fikirlərini həyata keçirdikləri çıxışlarında dilə gətiriblər.

Səfir Faiq Bağırov öz çıxışında Ulu Öndərimizin ölkəmizə əvəzsiz xidmətlərindən, təhsilə və gənclərə verdiyi böyük əhəmiyyətdən və iki qardaş ölkə əlaqələrinin inkişafındakı müstəsna rolu ilə bağlı geniş şəkildə əsaslı fikirlər səsləndirib.

Çıxışlardan sonra, Ulu Öndərimizin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Məktəbinin şagirdləri arasında təşkil olunmuş rəsm, inşa ve şer müsabiqəsinin qaliblərinə Səfir Faiq Bağırov tərəfindən hədiyyələr təqdim olunub.

Ardından Heydər Əliyev Məktəbinin şagirdləri Azərbaycan musiqiləri ilə gözəl rəqslər nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə