"Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunları zamanı Azərbaycana gələn xarici turistlərin ilk olaraq yollandıqları məkan Dənizkənarı Bulvar olacaq. Bakı Bulvarı turistlərimizi qarşılamağa tam hazırdır". Bunu SİA-ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.
Onun sözlərinə görə, Dənizkənarı Bulvar "Bakı-2015" ilk Avropa Oyunlarına tam hazırdır: "Turistlərlə rahat ünsiyyət qurmaq üçün işçilərimizin əksəriyyəti ingilis dili kurslarına gedir. Həmin ərəfədə turistlər və yerli əhalinin hərtərəfli təhlükəsizliyinin təmin olunması məqsədilə gecəyarısına qədər gücləndirilmiş rejimlə işləyəcəyik. Uşaqların əylənməsi üçün isə atraksionlarımız yenidən təmir olunub, tam yararlı vəziyyətə gətirilib. Ancaq yeni atraksion gətirmək fikrimiz yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB