Ulu öndər Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar Qazaxda gül bayramı keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, gül bayramı ilə bağlı şəhərdə yerləşən Heydər Əliyev parkında lazımi hazırlıq işləri aparılıb, park başdan-başa gül-çiçəklə bəzədilib. Müxtəlif gül-çiçək, bitki və yarpaqlardan hazırlanmış rəngarəng tablolar, gözəlliyi ilə seçilən gül kompozisiyalarının görünüşü rayon sakinlərinin diqqətini cəlb edib. İdarələrin, təşkilatların, ictimai birliklərin, təhsil müəssisələrinin nümayəndələri Heydər Əliyev parkını gəzib, maraqlı gül ekspozisiyaları ilə tanış olublar. Sonra müsabiqə komissiyası üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilib. Gül kompozisiyaları və əl işlərinə baxış zamanı birinci yerə 1 nəfər, ikinci yerə 2 nəfər, üçüncü yerə 3 nəfər, 4-cü yerə isə 4 nəfər layiq görülüb.

.jpg)

Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB