Ağstafada "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı" mövzusunda, dəyirmi masa keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirdə sahibkarlar, idarə, müəssisə rəhbərləri və Əlaqələndirmə Komitəsinin üzvləri iştirak edib.
Tədbirdə çıxış edən Ağstafa rayon məşğulluq mərkəzinin direktoru Meydanalı Mansırov Azərbaycan Respublikası prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Məşğulluq strategiyası 2006-2015-ci illərdə nəzərdə tutulmuş ikinci mərhələnin həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üzrə dövlət proqramı təsdiq edilib. Bu proqramın həyata keçirilməsi ilə əlaqədar olaraq 2011-2014-cü illərdə görülən işlərlə bağlı Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatına məlumat verildiyini bildirib.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB