Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunmasi ilə əlaqədar 7 may 2015-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı Nazirliyi, "Aqrolizinq" ASC-nin və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yarmarkada respublikanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 15-dən çox şirkəti, 500 nəfərdən çox işaxtaran iştirak edib. Keçirilən tədbirdə ümumilikdə 106 vakant iş yeri təklif olunub ki, burada da baytarlıq, aqronomluq, zoomühəndislik, maşın mühəndisliyi, aqromühəndislik, informasiya mühəndisiliyi, qida mühəndisiliyi, meliorator kimi peşələr üstünlük təşkil edib. Yarmarkada iştirak edən iş axtaranların 35 faizi ADAU-nun bu ilki, 65 faizi isə əvvəlki illərin məzunları olub.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov aqrar sahəyə dövlət dəstəyindən, o cümlədən müvafiq sahələr üzrə kadr hazırlığının təkmilləşdirilməsi məsələlərindən, keçirilən yarmarkanın əhəmiyyətindən danışıblar.
Bütövlükdə yarmarkada iştirak edən müəssisələr 177 işaxtaranın sənədlərini qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB