Azərbaycan Ağsaqqallar Şurasının üzvləri mayın 7-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Şuranın sədri Fəttah Heydərov jurnalistlərə müsahibəsində deyib ki, bu günlərdə hamı ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək onun xatirəsini dərin ehtiramla yad edir. Heydər Əliyev Azərbaycan üçün çox böyük işlər görüb. Ona görə də sülh, əmin-amanlıq, inkişaf istəyən hər bir kəs Heydər Əliyevin xatirəsini hörmətlə anır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yol sülh, dostuq, rifah yoludur. Ulu Öndər hər zaman qədirbilən xalqımızın qəlbində yaşayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB