Xəzər rayonunda keçirilən futbol turniri başa çatıb

İdman tədbiri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub
Xəzər rayonunda keçirilən futbol turniri başa çatıb

Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər İnkişaf fondu və Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı ilə birgə təşkil etdiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə münasibətilə Xəzər rayonunun qəsəbələri arasında keçirilən futbol turniri başa çatıb. SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar olaraq qaliblərin mükafatlarnıdırlması mərasimi keçirilib.

Tədbirdə Xəzər RİH-nın başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev, YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov və YAP Xəzər rayon təşkilatının Gənclər Birliyi fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələridir. Qeyd edilib ki, Ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər bu gün ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına da yüksək diqqət və qayğısı bu sahədə yüksəlişin əsasını qoyub. Vurğulanıb ki, rəhbərlik etdiyi bütün sahələrdə böyük uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi tanınıb və olimpiya hərəkatına qoşulub. Fərəhli haldır ki, bu il Azərbaycan tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcək".

Sonda turnirin qalibi olan komandalara medallar və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə