Elman Mehdiyev: “Bu sistem avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərəcək” AÇIQLAMA
"Sığorta – pensiya sistemi ilə bağlı qanun layihəsi cari ilin Noyabr ayında yekunlaşacaq". SİA-nın məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.
Onun sözlərinə görə, bu ilin Noyabr ayının sonuna qədər sığorta – pensiya ilə bağlı qanunvericilik layihəsi hazırlanaraq hökumətin müzakirəsinə təqdim olunacaq: "Noyabr ayının sonuna biz qanunvericilik layihəsini artıq hazırlayıb başa çatdıracağıq. Bundan sonra bu layihəni hökumətin müzakirəsinə təqdim edəcəyik. Burda əsas tutulacaq elementlər fərdi uçot əsaslı sistemin yaradılmasıdır. Bildiyiniz kimi, Azərbaycanda bu gün dövlət pensiya təminatı sistemində fərdi uçota əsaslanan sosial sığorta sistemi uğurla tətbiq olunur".
Elman Mehdiyev qanunvericilik layihəsi sisteminin fəaliyyəti və müzakirəsi ilə bağlı da məlumat verib: "Bu sistem avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərəcək. Qanunvericiliyin hazırlanması prosesində çərçivə planlarının aralıq mərhələlərini ictimaiyyətə təqdim etməmizdə, ekspertlərin geniş müzakirəsinə açıq şəkildə elan etməmizdə başlıca səbəb, gələcəkdə bu sistemin iştirakçıları olacaq subyektlərə indidən ciddi hazırlıq işlərinə başlanılması haqqında anonsları çatdırmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB