ARGTMŞ sədri bir sıra görüşlər keçirib

ARGTMŞ sədri bir sıra görüşlər keçirib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə Azərbaycanın regionlarına səfəri çərçivəsində Lənkəran, Beyləqan, Şamaxı, İsmayıllı şəhərlərində bir sıra görüşlər keçirib. SİA-nın məlumatına görə, Lənkəran şəhərində səfəri çərçivəsində Şahin Seyidzadə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov ilə görüşüb. Görüş zamanı regionda gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də onların ictimai fəallığın artırılması məsələlərinə toxunulub. Lənkəran şəhərində ARGTMŞ-ın sədrinin növbəti görüşü ARGTMŞ-ın burada fəaliyyət göstərən üzvü olan "Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası" (MAGİYA) İctimai Birliyinin rəhbəri Afiq Məlikovla olub. Görüş zamanı Şahin Seyidzadə tərəfindən ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarına göstərdiyi xidmətlər və bu xidmətlərdən faydalanma imkanları haqqında məlumat verib. Görüş qarşılıqlı fikir mübadiləsi və əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflərin səsləndirilməsi ilə davam edib.

ARGTMŞ-ın sədri Beyləqan şəhərində fəaliyyət göstərən, ARGTMŞ-ın üzvü olan "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" təşkilatının rəhbəri Zaur Quliyevlə də görüşüb. Görüş zamanı ARGTMŞ-ın sədri təşkilat tərəfindən həyata keçirilən "QHT İdarəetmə Akademiyası" (QİDA), "Azərbaycan Könüllülük Xidməti" (AKX) Proqramı, Məlumat turları barədə məlumat verib. 2015-ci ilin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Kənd təsərufatı ili" elan edilməsini qeyd edən Şahin Seyidzadə kənd gəncləri ilə işin vacibliyindən danışıb və təşkilat tərəfindən həyata keçirilən "Yerli Gənc" Kənd Gənclərinin İnkişaf Proqramı haqqında məlumat verib.

ARGTMŞ-ın sədri növbəti görüşünü 2015-ci il üzrə Azərbaycan Gənclər Paytaxtı İsmayıllı şəhərində keçirib. Bu şəhərdə fəaliyyət göstərən ARGTMŞ-ın üzvü olan "Gənclərin Anti-Narkomaniya" İctimai Birliyinin rəhbəri Qüdrət Kazımovla görüşən Şahin Seyidzadə İsmayıllı şəhərində gənclərləbağlı tədbirlərin təşkili üçün münbit şəraitin olduğunu bildirib və gənclərlə bağlı əlamətdar tədbirlərin Azərbaycan Gənclər Paytaxtında keçirilməsinin vacib olduğunu bildirib.

ARGTMŞ-ın sədrinin Azərbaycanın regionlarına səfəri çərçivəsində sonuncu səfəri Şamaxı şəhərində baş tutub. Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov ilə görüş zamanı sözü gedən şəhərdə gənclərin fəallığının artırılması və onların təşəbbüslərinin dəstəklənməsi məsələsinə toxunulub. Görüş zamanı, həmçinin region gənclərinin qarşıdan gələn 1-ci Avropa Oyunları ilə bağlı məlumatlılığının artırılması və onların dəstəyinin nümayiş etdirilməsi üçün müvafiq tədbirlərin keçirilməsunin zəruri olduğu qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə