“Elektron hökumət” bülleteni üzrə birifinq keçirilib

“Elektron hökumət” bülleteni üzrə birifinq keçirilib

"Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron hökumət" bülleteni dərc olunub. SİA-nın məlumatına görə, yeniliklər barədə informasiyaların kütləviləşməsi, həmçinin görülən işlərin mətbuata birbaşa elan olunması məqsədilə "Elektron hökumət" bülleteni üzrə brifinq keçirilib. Birifinqlərdə media nümayəndələrinə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər, sahə üzrə yeniliklər barədə məlumat verilib. Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Mahir Dadaşov, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Qabil Dadaşov, Azərbaycan İnternet forumunun prezidenti Osman Gündüz çıxış ediblər. Elektron xidmətlər və yeniliklər haqqında jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə