Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında "Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu" mövzusunda konfrans keçirilib. Konfransda QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, QHT rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
İlk olaraq Şura sədri Azay Quliyev "Ulu Öndər Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu" mövzusunda məruzə çıxışı edib. O qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması prosesində Heydər Əliyev faktorunun önəmli rolu mövcuddur: "Vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda, 1990-cı illərin əvvəllərində böhranlı vəziyyəti, ictimai çətinlikləri görməmək mümkün deyil. O illərdə ölkədə anarxiya, özbaşınalıq fonunda gedən proseslərdə nəinki vətəndaş cəmiyyətindən, heç dövlət müstəqilliyindən danışmaq mümkün deyildi. Belə bir məqamda - 1993-cü ildə ictimai-siyasi durumun apogeyinə yetişdiyi zamanda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Dahi Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də gündəmə gətirdi. Amma belə böyükmiqyaslı vətandaş cəmiyyəti institutlarının formalaşdırılması qısa zaman kəsimində reallaşa bilməzdi. Bunun üçün, ilk növbədə ölkədə hüququn aliliyi təmin edilməli, beynəlxalq təcrübə öyrənilməli idi. Çox keçmədən Heydər Əliyevin bu sektorun inkişafı üçün atdığı addımlar tezliklə öz konkret nəticələrini göstərməyə başladı. Bizlər bu gün onun bariz nümunələrini görməkdəyik".
Daha sonra çıxış edən QHT rəhbərləri də bildirdilər ki, Ümummilli Lider Heydər Əliyev vətəndaş cəmiyyətinin qurulmasına əvəzolunmaz töfhələr verib: "Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan vətəndaş cəmiyyəti institutları beynəlxalq aləmdə də öz sözlərini uğurla deyirlər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB