“Azərbaycan gəncliyi 2016-2020”

“Azərbaycan gəncliyi 2016-2020”

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyevanın, ATGTİ-nin icraedici aparatının və böyük tələbə kütləsi olan ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının sədrlərinin iştirakı ilə "Azərbaycan gəncliyi 2016-2020" dövlət gənclər proqramının müzakirəsi baş tutub. SİA-nın məlumatına görə, görüş ərzində ilk öncə ATGTİ-nin icraedici aparatı və TGT sədrləri tərəfindən gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, gənclərin intellektual və yaradıcılıq potensialının inkşafı, Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi, Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkşafında iştirakının artırılması, gənclərin sağlamlığının qorunması, tələbələrin elmi fəaliyyətinin dəstəklənməsi mövzuları ilə bağlı təkliflər dinlənilib.

Daha sonra Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı ilə Avstraliyada, Böyük Britaniyada və Macarıstanda təhsil alan gənclər müzakirəyə skayp vasitəsi ilə qoşularaq, gənclərin xaricdə təhsil aldığı müddətdə diaspora fəaliyyəti, tələbələr üçün elektron kitab bazasının və xaricdə təhsil alan azərbaycanlı gənclərin şəbəkəsinin yaradılması barəsində təkliflər veriblər.

Sonda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclərlər iş şöbəsinin müdiri İndira Hacıyeva təklifləri dəyərləndirərək əhəmiyyət kəsb edən təkliflərin "Azərbaycan gəncliyi 2016-2020" Dövlət gənclər proqramında yer ala biləcəyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə