Nəqliyyat Nazirliyi"Azəryolservis" ASC tərəfindən bu gün 11:00-dan saat 17:00-dək Heydər Əliyev prospektinin "Böyükşor" yol qovşağından "Suraxanı" yol qovşağınadək olan yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. ASC-dən SİA-ya verilən xəbərə görə, bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
"Azəryolservis" ASC sürücülərdən görülən işlərə anlayışlı yanaşmaları xahiş edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB