Gül bayramı ilə əlaqədar Bakıda atəşfəşanlıq olacaq. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin sizi bu təravətli və füsunkar bahar günlərində Müstəqil Azərbaycan Dövlətinin banisi və qurucusu Ümummilli lider, Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçiriləcək Gül bayramına dəvət edir.
Gül bayramı mayın 10-da Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında keçiriləcək və həmin tarixdə saat 21.00-da Dənizkənarı Milli Parkda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziyası tərəfindən bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
Əziz həmvətənlərimiz və hörmətli qonaqlar! Bakı Şəhər İcra Hakimiyyəti sizi bayram şənliklərində iştirak etməyə, konsert və atəşfəşanlığı seyr etməyə dəvət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB