Ağstafada Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü, gül və kitab bayramı, faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirdə rayon rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Heydər Əliyev mərkəzində Ümummilli liderin heykəli önünə çiçək dəstləri qoyaraq xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra kitab və çiçək sərgisi ilə tanış olan tədbir iştirakçıları mərkəzin daxilində Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən filimə baxıblar. Yekunda ikinci dünya və Dağlıq Qarabağ müharibəsi iştirakçıları ilə görüşən rayon rəsmiləri 1945-ci ildə faşizm üzərində qələbədən danışıb və həmin qələbədə azərbaycanlıların da əməyinin olduğunu vurğulayıblar. 1941-45-ci il müharibəsinin iştirakçılarına medal təqdim edilib və tədbir konsert proqramı ilə davam edib.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB