1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar Qazaxıstan Xarici İşlər Nazirliyinin və Azərbaycan, Rusiya, Belarus, Özbəkistan, Tacikistan, Qırğızıstanın səfirliklərinin birgə təşkilatçılığı ilə rəsmi qəbul keçirilib. Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov da iştirak edib.
Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov Böyük Vətən müharibəsi veteranlarını Qələbə günü münasibətilə təbrik edərək deyib: "Sizin döyüş meydanlarında göstərdiyiniz qəhrəmanlıq və cəsarətiniz dinc həyatın, vətənpərvərliyin nümunəsi olacaq. Sizin bugünkü işi yeni nəsil uğurla davam etdirir".
E.İdrisov ilk Qələbə bayrağını Reyxstaq üzərinə sancan qazaxıstanlı R.Koşkarbayev və digər qəhrəmanlar haqqında danışıb. O, tədbirə dəstək olan bütün səfirliklərə minnətdarlığını bildirib.
Müharibə anlarını əks etdirən fotosərgidə iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanov və Sovet İttifaqı qəhrəmanı, partizan, kəşfiyyatçı Mehdi Hüseynzadənin şəkilləri də yer almışdı. Tədbir boyunca göstərilən sənədli filmdə qazanılan Qələbədə Azərbaycanın fədakarlığından, soydaşlarımızın həm ön, həm də arxa cəbhədəki qəhrəmanlığından bəhs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB