Dağlardan gələn güclü sel sakinləri təşvişə salıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Xaçmazın çaykənarı kəndləri selə təslim olub.
Xəbərdə deyilir ki, sel birdən-birə çay yatağını 5-10 metr aşağı salıb. Kənd qəbiristanlığı çay kənarında olduğundan təhlükə ilə üz-üzə qalıb. Təxminən çayla qəbristanlığın arası 2-3 metr məsafə olduğunlan onların sellə yuyulma təhlükəsi var. Sel hətta piyada körpüsünü də yuyub aparıb.
Kənd sakinlərinin verdiyi xəbərə görə, mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən Ağçayda baş verən sel çayın üzərində tikilən bəndi və piyada körpüsünü yuyub aparıb. Rayonun seldən ən çox ziyan görən Ağyazıbuduq kəndi olub. Belə ki, kəndlə əlaqə tamamilə kəsilib. Hazırda selin kənd qəbristanlığına tərəf irəlilədiyi bildirilir.
Xaçmaz rayonunun Alıcıqıslaq, Qaraçaycek, Qaracikzeyid, Asağızeyid ve Qedmalıqıslaq kəndləri ilə gediş-gəliş çətinləşib.
Məlumata görə, sel Quba rayonun bəzi kəndlərindəki torpaq sahələri də daşqından ciddi ziyan görüb. Ağyazıbuduq kənd sakinləri çayın problem yaratmasını dağlarda çox qarın yağması ilə əlaqələndirirlər. Sel çayın səmtini dəyişib. Çayda sel və daşqının yaranmasına səbəb də məhz bu amildir. Sakinlərin sözlərinə görə, 200 ha torpaq sahəsi Ağçay üzərindəki bənddən sulanırdı. Bu mövsüm həmin torpaq sahələrinin suvarılmasının mümkünlüyü də şübhə altındadır.
Emin Kərimov. Xaçmaz






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB