Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Akademiyanın müəllim və tələbə heyəti, Nəsimi rayonu Texniki Humanitar Liseyinin şagirdləri iştirak edib.
Mülki Aviasiya Muzeyinin aparıcı elmi işçisi Gülər Rzayeva "Vətənə və xalqa misilsiz xidmətin nümunəsi" mövzusunda mühazirə oxuyub. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən söhbət açılıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyinin qorunub saxlanılmasında, respublikanın sosial-iqtisadi, eyni zamanda mülki aviasiyamızın inkişafı sahəsində misilsiz xidmətlər göstərib.
Tədbirin sonunda "Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var" adlı film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB