"İnsan alveri cinayəti ilə mübarizə ugurla həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, qanunvericilik səviyyəsində ciddi təkmiləşdirmələr mövcuddur. Bəzi ölkələrə daşınmalar demək olar ki, tam məhdudlaşdırılıb. Hətta artıq bəzi ölkələr Azərbaycan təcrübəsini bölüşmək üçün müraciətlər edir: "6 may 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilk dəfə "İnsan Alverinə Qarşı Mübarizə" ilə bağlı Fərman imzalanıb. Bu Fərman Azərbaycanda insan alverinə qarşı mübarizənin başlanmasını elan edib. İnsan alveri ilə mübarizənin 10 illik tarixinə nəzər sadıqda, ciddi dəyişikliklər diqqəti cəlb edir. Ölkə üçün yeni olan bu problemə göstərilən xüsusi diqqət insan alveri kimi mənfur cinayətə qarşı hökumətin ciddi siyasi iradə sərgilədiyini sübut edir. Baxmayaraq ki insan alveri cinayəti çətin və coxşaxəli prosesdir və transmilli cinayətdir. Lakin uğurlar onu göstərir ki, mübarizə əzmi var və bu çox uğurla həyata keçirilir. Əgər statistik rəqəmlərə baxsaq görərərik ki, 2007, 2008 və 2009-cu illərdə insan alveri qurbanlarının aşkarlanması olduqca yüksək dinamika ilə gedib. Yəni ölkənin mənşə ölkəsi kimi hədəfdə olduğu diqqəti cəlb edir. 2013- cü ildə 53, 2012 ci ildə 56 nəfər insan alveri qurbanı olmuşdur. Bəzi ölklərə daşınmalar üzrə xətlər demək olar ki tam məhdudlaşdırılıb. Məsələn, Pakistan, Hindistan kimi ölkələrə artıq uzun müddətdir ki, daşınmalar yox edilib. Son zamanlar hətta İran İslam Respublikasına daşınmalar demek olar ki yox səviyyəsinə endirilib. Qanunvericilik səviyyəsində ciddi təkmiləşdirmələr mövcuddur. Artıq bəzi ölkələr Azərbaycan təcrübəsi ilə bölüşmək üçün müraciətlər edir. Həm cinayət təqibi baxımından, həm reabilitasiya inteqrasiya proqramları baxımından, eləcə də infrasturktur baxımından Azərbaycan beynəlxlaq standartlara cavab verən mubarizə texnoligiyasını hazırlayıb".
Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB