I Avropa Oyunlarının məşəli Saatlıda FOTOLAR

I Avropa Oyunlarının məşəli Saatlıda  FOTOLAR

Bu gün "Bakı-2015" I Avropa Oyunlarının məşəl estafeti saat 15:20-də Saatlı rayonunun giriş qapısından start götürüb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, rayon sakinləri bayram əhval-ruhiyyəsi, böyük coşqu ilə küçələrə çıxaraq alqış sədaları altında məşəli gətirən iştirakçıları qarşılayıblar.

Məşəli məktəbli şagird, futbolçu Qiyasov Mirqiyas qəbul edib. Sülhün rəmzi hesab olunan göyərçinlər havaya buraxilib. 2900 metr məsafədə olan yolu qət edən və növbə ilə bir-birinə ötürən atletlər məşəli Heydər Əliyev adına meydana çatdırıblar. Rayon sakinləri izdihamla atletləri meydana kimi müşaiyət ediblər. Atlılar əllərində bayraqlarla yürüş keçiriblər. Orta məktəb müəllimi Namazov Vüqar məşəli səhnəyə qaldıraraq alovlandırıb. Estafetdə iştirak edən 10 idmançı səhnəyə dəvət edilərək ictimaiyyətə təqdim olunub. Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Sonda Saatlı rayon məktəblisi, sərbəst güləş idman növü üzrə Azərbaycan çempionu Namaz Cəfərov simvolik çırağı təhvil alaraq Heydər Əliyev muzeyinə təqdim edib. Saatlı rayonunda izdihamlı və coşqulu məşəl qəbuletmə tədbiri axşam saatlarında Heydər Əliyev adına meydanda respublikanın tanınmış musiqiçilərinin bayram konsert proqramı ilə davam etdiriləcək.

1 Avrpa oyunlarının rəmzi məşəli Saatlıdan sonra Sabirabad rayonuna yola salındı. Sabirabadda festival olacağı gözlənilir.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə