Şahin İsmayılov: “Koalisiya Avropa və dünyaya vacib mesaj verir” AÇIQLAMA

Şahin İsmayılov: “Koalisiya Avropa və dünyaya vacib mesaj verir” AÇIQLAMA

"Vətəndaş cəmiyyətinin bu koalisiyaya daxil olması Avropa və dünyaya vacib mesajdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov bildirib.

Onun sözlərinə görə, QHT Koalisiyası Azərbaycanda həyata keçirilən I Avropa Oyunlarını dəstəkləyir və qarayaxma kampaniyalarına qarşı koalisiyaya qoşulan QHT-lərin olduqca qəti mövqeyi var: "Bakı-2015" "I Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası Azərbaycanda fəaliyyət göstərən əksər QHT-ləri birləşdirir. Əsas məqsəd ondan ibarətdir ki, Avropa Oyunlarına vətəndaş cəmiyyəti olaraq öz dəstəyini ifadə etsin. Bu gün Azərbaycanda fəaliyyət göstərən istər gənclər təşkilatları, istərsə də QHT-lər Koalisiyaya böyük həvəslə daxil olurlar. Vətəndaş cəmiyyətinin bu koalisiyaya daxil olması və Avropa Oyunlarına dəstək göstərməsi həm cəmiyyət üçün, həm xaricdəki bizim tərəfdaşlarımız üçün, həm də Avropa və dünya üçün vacib bir mesaj verir. Bu mesaj ondan ibarətdir ki, Azərbaycanda əksər QHT-ləri birləşdirən Koalisiya Azərbaycanda həyata keçirilən I Avropa Oyunlarını dəstəkləyir, Vətəndaş cəmiyyəti olaraq öz dəstəyini ifadə edir. Bildiyimiz kimi kütləvi şəkildə qarayaxma kampaniyalarına cəhdlər göstərilir, vətəndaş cəmiyyəti olaraq bu koalisiyaya qoşulan QHT-lərin olduqca qəti mövqeyi var. Bir faktı qeyd etmək istəyirəm ki, Azərbaycanda 3000-ə yaxın QHT var. Koalisiyaya daxil olanların çoxu QHT və mətbuat qrumlarıdır. Koalisiyanın məqsədi təkcə Azərbaycanda deyil, eyni zamanda bir sıra ölkələrdə öz dəstəyini ifadə etməkdir. Artıq bunula bağlı müəyyən işlər də görülür".

Şahin İsmayılov onu da qeyd edib ki, gənclər təşkilatları, QHT-lər və media Koalisiyada bir bayraq altında birləşiblər: "Bu gün sevindirici hal ondan ibarətdir ki, çox düzgün, sağlam gənclik formalaşır və həmin gənclik Avropa Oyunlarının ən böyük dəstəkçiləridir. Avropa Oyunları bizim üçün bir fürsətdir ki, maksimum dərəcədə bu fürsətdən yararlanaraq ölkəyə gələn qonaqların buradan xoş təəssüratlarla ayrılması üçün ölkəmiz haqda düzgün təbliğat aparmalıyıq. Bu könüllü və ya azarkeş kimi də ola bilər, eyni zamanda şəhər küçələrində rastlaşdığımız turistlərə hər hansı bir dəstək, kömək formasında öz töhfəmizi verə bilərik. Bu gün I Avropa Oyunlarında könüllü qismində 20 mindən çox gənc çalışır. Bu olduqca böyük rəqəmdir. Gənclər azarkeş qismində, sosial şəbəkələrdə, fan-klublar yaratmaqla öz dəstəklərini nümayiş etdirirlər. Təqribən 1 il bundan əvvəl 150 min tələbəni əhatə edən sorğu keçirdik və orda olduqca vacib rəqəmlər əldə etdik, Belə ki, 90 faizdən çox gənc Azərbaycanda I Avropa Oyunlarının keçirilməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Onlar düşünürlər ki, Avropa Oyunları yalnız Azərbaycana xeyir verəcək. Bir sözlə Koalisiyanın ən gözəl göstərisi ondan ibarətdir ki, Gənclər Təşkilatı, QHT-lər və media Koalisiyada bir bayraq altında birləşiblər".

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə